“Sol” intelektual uzun bir müddət həqiqət ilə ədalətin əfəndisi olma bacarığını göstərən biri kimi danışmış və bu şəkildə danışma haqqına sahib biri olduğu qəbul edilmişdir. Intelektual ümumbəşərinin sözçüsü kimi dinlənmiş ya da dinləndiyini iddia etmişdir. Bir intelektual olmaq, bir miqdar hamımızın şüuru/vicdanı olmaq kimi bir şey demək iki. Məncə bu məqamda Marksizmdən, daha doğrusu gücünü itirmiş bir Marksizmdən əxs edilmiş bir fikirlə qarşı-qarşıyayıq. Necə ki proletarya, öz tarixi mövqeyi gərəyincə ümumbəşərinin daşıyıcısıdırsa (ancaq ümumbəşərin vasitəsiz, yansımasız, özünün çox da fərqində olmayan bir daşıyıcı), intelektual da, əxlaqi, nəzəri və siyasi seçimi vasitəsilə bu ümumbəşəriliyin şüurlu və yetkin formasının daşıyıcısı olmağa həvəslənir. Beləliklə intelektual, qaranlıq, kollektiv forması proletaryada təcəssüm edən bir ümumbəşəriliyin, aydın, fərdi bir forması olaraq görünür.
İllərdir ki artıq intelektualdan bu rolu öhdəsinə götürməsi tələb edilmir. İndi “nəzəriyyə ilə təcrübə arasındakı əlaqə” yeni bir şəklə büründü. Intelektuallar, “ümumbəşəri”, “nümunə götürüləcək”, “hər kəs üçün adil və düzgün” olanın formasında deyil; spesifik sektorlarda, öz yaşam ya da iş şəraitlərinin onları yerləşdirdiyi yerlərdə (ev, xəstəxana, dəlixana, labarotoriya, universitet, ailə və cinsəl münasibətlər) işləməyə vərdiş oldular. Şübhəsiz bu onlara, aparılan mübarizələr haqqında birbaşa və konkret bir şüur verdi. Təbii, bundan asılı olraq xüsusi, “ümumbəşəri olmayan” və ümumilikdə proletaryanın ya da kütlələrinkindən fərqli problemlərlə də üzləşdilər. buna baxmayaraq mən intelektualların iki səbəbə görə proletaryaya və kültələrə yaxınlaşdıqları qənaətindəyəm. bu səbəblərdən birincisi, bunun gerçək, maddi və gündəlik mübarizələrlə əlaqəli bir problem olması; ikincisi də fərqli bir formada olmaqla birlikdı, ümumilikdə proletarya ilə intelektualın eyni düşmənlə (yəni çoxmillətli şirkətlər, məhkəmə və polis aparatları, əmlak möhtəkirləri, vb.) üz-üzə gəlmələri idi. Mən bu qismi, “ümumbəşəri” intelektualın qarşısında “xüsusi” intelektual şəklində adlandıracam.
Bu yeni fiqurun bir başqa siyasi mənası da var: Bu fiqur, əvvəlcədən bir-birindən ayrı qalmış kateqoriyaların, bütövləşmələrini olmasa belə, ən azından uzlaşmalarını mümkün qıldı. İndiyə qədər qüsursuz (par excellence) intelektual əvvəlcə yazar olurdu: Ümumbəşəri bir şüur, azad bir öznə olaraq yazar-intelektual, dövlətin ya da sərmayənin xidmətindəki səlahiyyətli orqanlardan başqa bir şey olmayan intelektualların (mühəndislər, hakimlər, professorlar) tam əksi bir mövqedə yer tuturdu.
Hər fərdin öz spesifik fəaliyyəti, siyasiləşməsinin əsası olduğundan bəri, intelektual olmanın müqəddəsləşdirici işarəsini formalaşdıran yazı eşiyi ortadan qalxmış və bunun nəticəsində fərqli bilgi formaları və bir siyasiləşmə mərkəzindən başqa birinə eninə əlaqələr qurma imkanı ortaya çıxmışdır. Hakimlər, psixiyatrlar, həkimlər, sosial xidmət işçiləri, labarotoriya texnikləri və sosioloqlar, artıq həm öz sahələrində, həm də qarşılıqlı dəyişim və dəstək yolu ilə qlobal bir prosesdə intelektualların siyasiləşməsi prosesində iştirak edə biləcək mövqedədirlər. Yazar toplumun ən sevimli şəxsi mövqeyini itirməyə başlamışkən, universitetin və akademisyanın, əsas ünsürlər kimi olmasa belə, ən azından “qarşılıqlı ötürücülər”, imtiyazlı kəsişmə nöqtələri olaraq necə ortaya çıxdıqlarını məhz bu proses bütün açıqlığı ilə sərgiləməkdədir. Universitetlər ilə təhsilin siyasi baxımdan son dərəcə həssas bölgələrə çevrilmələrinin səbəbi şübhəsiz budur. Üstəlik universitetlərin krizisi olaraq adlandırılan şey də bir iqtidar itkisi olaraq deyil; tam tərsinə, praktik olaraq hamısı universitetdən çıxan və ona göndərmə edən çox fərqli intelektuallar arasında iqtidarın təsirlərinin çoxalması və güclənməsi kimi yorumlana bilər. {…}
Məndən soruşsanız, “spesifik” intelektual fiquru İkinci Dünya Müharibəsi`ndən sonra formalaşmışdır. Ümumbəşəri intelektual ilə spesifik intelektual arasındakı keçiş nöqtəsini təmsil edən də hər halda atom fiziki idi (Tək bir sözlə, daha doğrusu tək bir adla: Oppenheimer). Atom fiziki elmi bilgi və qurumlarla birbaşa və yerli əlaqələrə sahib olduğuna görə müdaxilə edə bilirdi; ancaq, nuklear təhdidin bütün insan irqinə və dünyanın qədərinə təsirindən bu yana, atom fizikinin söyləmi eyni zamanda ümumbəşəri olanın söyləmi də ola bilirdi. Atom alimi, bütün dünyanı maraqlandıran bu etirazın kölgəsinə sığınaraq, bilginin nizamındakı öz spesifik mövqeyini işə daxil etdi. Beləliklə intelektual, zənn edirəm ilk dəfə, ortaya qoyduğu ümumi söyləminə görə deyil; öz nəzarətində saxladığı bilgi sayəsində siyasi iqtidarların onun izində olduqlarını gördü: Məhz intelektual tam bu səviyyədə siyasi bir təhdidə çevrilmişdi. {…}
On doqquzuncu yüzildə və iyiriminci yüzilin əvvəllərində təsirli olan “ümumbəşəri” intelektualın əsasən spesifik mahiyyətli bir tarixi fiqurdan törədiyini düşünməyimiz əlbəttə mümkündür. Bu, zənginliyin iqtidarı, despotizmi, sui-istifadəsi və təkəbbürünə qarşı ədalətin ümumbəşəriliyini və ideal bir qanunun bərabərliyini qoyan ədalət adamı, hüquq adamıdır. On səkkizinci yüzilin böyük siyasi mübarizələri qanun, hüquq, anayasa, ağılda və təbiətdə adil olan, ümumbəşəri miqyasda etibarlı ola biləcək və olması gərəkən şeylər üçün edilmişdi. Bu gün “intelektual” (sözün sosioloji deyil, siyasi mənasında intelektualı qəsd edirəm, yəni bilgisini, mütəxəssisliyini və həqiqətlə əlaqəsini siyasi mübarizədə istifadə edən şəxs) dediyimiz şey, məncə, huquqçunun ya da hər halda adil bir qanunun ümumbəşəriliyini irəli sürən, hətta daha sonra bunu, hüququ iş olaraq görənlərə qarşı edən şəxsdən (bu tip intelektualların prototipi Fransa`da Voltaire`dir) meydana gəlmişdir. “Ümumbəşəri” intelektualın mənbəyi isə tamamilə başqa bir fiqur, yəni hüquqçu deyil; alim-mütəxəssisdir. {…}
İndi isə daha incə detallara qayıdaq. Bizim dövr cəmiyyətində texniki-elmi yapıların inkişafıyla birlikdə, spesifik intelektualın son on-iyirmi ildə böyük əhəmiyyət qazandığını və eyni zamanda bu prosesin 1960-cı illərdən bəri sürətləndiyini qəbul edək. Hazırda spesifik intelektual müəyyən əngəllərlə üzləşir və müəyyən təhlükələrlə qarşı-qarşıya gəlir. Konyektural mücadilə müstəvisində qalma, müəyyən sektorlarla məhdud tələbləri aşa bilməmə təhlükəsi. Bu yerli mücadilələrə nəzarət edən siyasi partiyalar ya da ittifaq aparatları tərəfindən manipulyasiya edilməyi əngəlləyə bilməmə riski. Hər şey bir tərəfə, qlobal bir strategiyanın ya da xarici dəstəyin olmaması səbəbilə bu mücadilələri inkişaf etdirə bilməmə riski; yenə, heç kim tərəfindən izlənməmə ya da ancaq çox məhdud qruplar tərəfindən izlənmə riski. Hazırda bunun bir nümunəsini Fransa`da görə bilərik. Həbsxanalar, cəzalandırma sistemi ve polis-məhkəmə sistemi ətrafındakı mücadilə, “fərqli-fərqli kəsimlər”də, sosial xidmət işçiləri və köhnə məhkumlar arasında inkişaf etdiyi üçün, getdikcə özünü inkişaf etdirməsini təmin edəcək güclərdən qopmuşdur. Nəticədə bu mücadilə, cinayətə meyilli bir şəxsi eyni anda həm məsum bir qurban, həm də tam bir asi, cəmiyyətin qurbanlıq qoyunu, gələcək inqilabların gənc qurdu halına gətirən bütün bir sadə, arxaik ideologiya tərəfindən təsirə məruz qalmaqdan xilas ola bilməmişdir. On doqquzuncu yüzil sonunun anarxist mövzularına bu qayıdış ancaq bu günki strategiyaların bütünləşdirilməməsiylə mümkün olmuşdur. Nəticə etibarilə ancaq bir neçə kiçik qrup tərəfindən hiss edilən bu monoton, lirik şərqi ilə onu etibarlı bir siyasi dəyər olaraq qəbul etməmək üçün yetəri qədər səbəbi olan, ancaq eyni zamanda – diqqətlə inkişaf etdirilmiş cinayətkar qorxusundna dolayı – məhkəmə və polis aparatlarının mühafizə edilməsini, daha doğrusu gücləndirilməsini qəbul edən kütlələr arasında dərin bir qırılma yaşanmışdır.
Mənə elə gəlir ki biz indi, spesifik intelektualın işləvinin yenidən dəyərləndirilməsinin gərəkdiyi bir nöqtədəyik. Bəzi kəsimlərin böyük “ümumbəşəri” intelektuallara qarşı hiss etdiyi nostalgiyaya baxmayaraq (“bir fəlsəfəyə, bir dünya görüşünə ehtiyacımız var” deyirlər) spesifik intelektualdan imtina edilməməldir. Bunun üçün, psixiyatiyada əlaə edilən əhəmiyyətli nəticələri incələmək kifayətdir: Bu nəticələr, yerli, spesifik mübarizələrin bir xətadan ibarət olmadığını və çıxmaza batmadığını sübut edir. Halbuki bir nuklear alimi, bilgisayar mütəxəssisi, farmakoloq və başqası olaraq spesifik intelektualın rolunun, istər-istəməz öhdəsinə götürmək məcburiyyətində qaldığı siyasi məsuliyyətləri ilə müqayisədə getdikcə daha əhəmiyyətli bir hala gəlməsi gərəkdiyi belə deyilə bilər. Spesifik intelektualı, dövlətin ya da sərmayənin mənfəətlərinə xidmət etdiyi (bu doğrudur, ancaq eyni zamanda özünün tutduğu stratejik mövqeyi də göstərir), ya da yenə, elmi bir ideologiyanın propoqandasını etdiyi (bu hər zaman doğru deyildir və əsas olan məqamla, yəni doğru söyləmlərə xas təsirlərlə müqayisə edildiyində ikinci dərəcəli əhəmiyyətdə bir hadisə olaraq qalır) səbəbilə, yerli bir bilgi ilə spesifik münasibətindən diskvalifikasiya etmək təhlükəli olacaqdır.
Zənnimcə burada əhəmiyyətli olan məqam, həqiqətin nə iqtidarın xaricində, nə də iqtidardan məhrum bir şey olduğudur: Tarixini və işləvini daha ətraflı olaraq tədqiqi etmənin faydalı olacağı bir mitin əksinə, həqiqət azad ruhların mükafatı və uzun yalnızlıqların uşağı olmadığını kimi, özlərini azad qılmış olanların da imtiyazı da deyildir. Həqiqət bu dünyaya aid olan bir şeydir: Həqiqət çoxlu məcburetmə nəticəsində ortaya çıxar. Və daimi iqtidar təsirləri yaradır. hər toplumun öz həqiqət rejimi, öz ümumi həqiqət siyasəti vardır: Yəni hər toplumun doğru qəbul etdiyi və doğru olaraq tədavülə çıxardığı söyləm növləri; doğru ifadələri səhv ifadələrdən fərqləndirməyə xidmət edən mexanizmlər və məqamlar ilə doğru və səhvin təsdiq edilmə yollar, həqiqətin əldə edilməsində tərcih edilən texnikalar ilə prosedurlar; doğru qəbul edilənləri deməklə məsul şəxslərin statusu.
Bizimki kimi cəmiyyətlərdə, həqiqətin “iqtisadi politikası” beş əhəmiyyətli xüsusiyyətlə müəyyən edilir. “Həqiqət”, elmi söyləm formasının və bu söyləmi istehsal edən qurumların mərkəzində ortaya çıxar; həqiqət, davamlı iqtisadi və siyasi təşviq altındadır (siyasi iqtidar qədər iqtisadi istehsal üçün də həqiqət ehtiyacı); həqiqət, fərqli formalarda, çox geniş miqyaslı bir paylanmanın və istehlakın nəsnəsidir (bəzi mütləq məhdudlaşdırmalara baxmayaraq, ictimai yapıda nisbi geniş bir yer tutan təhsil və informasiya aparatlarının içində hərəkət edir); həqiqət, bəzi böyük siyasi və iqtisadi aparatın (universitet, ordu, yazı, media) yeganə olmasa da hakim/dominant nəzarətində istehsal edilib çatdırılır; nəhayət həqiqət, bütün bir siyasi mübahisəni və ictimai münaqişəni (“ideoloji” mübarizələr) maraqlandıran bir problemdir.
Məncə hazırda intelektualın nəzərə alınması gərəkən xüsusiyyəti, “ümumbəşəri dəyərlərin daşıyıcısı” olması deyildir. İntelektual spesifik bir mövqe tutan şəxsdir; lakin bizimki kimi bir toplumda bu spesifiklik bir həqiqət aparatının ümumi işləyişi ilə əlaqəlidir. Başqa bir ifadəylə, intelektualın üç yönlü bir spesifikliği vardır: Öz sinfi mövqeyinin (kapitalizmin xidmətindəki kiçik burjua ya da proletaryanın “orqanik” intelektualı olaraq) spesifikliyi; bir intelektual olaraq vəziyyəti ilə (tədqiqat sahəsi, laboratoriyadakı yeri, universitet, xəstəxana, və başqa tabe olduğu ya da üsyan etdiyi siyasi və iqtisadi tələblər) əlaqəli formada yaşam və işləmə şərtlərinin spesifikliyi; nəhayət, toplumumuzdakı həqiqət siyasətinin spesifikliyi.
Məhz bu son təsiri diqqətə aldğımızda, intelektualın mövqeyi ümumi bir məna qazana bilər və onun yerli, spesifik mübarizələri sadəcə iş ya da sektorla məhdudlaşmayan təsirlər və nəticələr doğura bilər. İntelektual, cəmiyyətimizin yapısı və işləməsi baxımından vaz keçilməsi mümkün olmayan bir yerə sahib olan bu ümumi həqiqət rejimi müstəvisində təsirli ola bilər və mübarizəsini davam etdirə bilər. Yəni, “həqiqət uğruna”, ən azından “həqiqət ətrafında” aparılan bir mübarizə vardır. Yenə qeydi edim ki, buradakı “həqiqət”, kəşf ediləcək və qəbul ediləcək həqiqətlər bütünü deyil, doğru ilə yanlışın bir-birlərindən ayrıldığı və doğruya bəzi spesifik iqtidar təsirlərinin yükləndiyi qaydalar toplusudur. Yəni bəhs olunan, həqiqət “naminə” aparılan bir mübarizə deyil; həqiqətin statusu ilə oynadığı siyasi və iqtisadi rolla bağlı olan olan bir mübarizədir. Demək ki burada, intelektualların siyasi problemlərini “elm/ideologiya” terminləriylə deyil; “həqiqət/iqtidar” terminləri ilə düşünməyimiz gərəklidir. Dolayısı ilə, intelektualların peşəkarlaşması və intelektual əmək ilə qol əməyi arasındakı ayrılıq mövzuları da yeni bir tərzdə ələ alına bilər.
Bütün danışdıqlarımız son dərəcə qarışıq və qeyri-müəyyən görünə bilər. Həqiqətən qeyri-müəyyən və mənim burada dediklərim əvvəlcə bir hipotez kimi dəyərləndirilməlidir. Ancaq qarışıqlığı bir az da olsa azaltmaq üçün, bir neçə “təklif” (mütləq iddialar deyil, sadəcə daha çox yoxlanılıb dəyərləndirilməsi gərəkli bəzi fərziyyələr) iddia etmək istəyirəm:
- “Həqiqət”, ifadələrin istehsalı, tənzimlənməsi, paylaşımı, tədavülü və işləyişi üçün tənzimlənmiş bir prosedurlar bütünü olaraq anlaşılmalıdır.
- “Həqiqət”; özünü istehsal edən və dəstəkləyən iqtidar sistemləri ilə və özünün meydana gətirdiyi və özünü yayan iqtidar təsirlərilə dövri bir münasibət içindədir: Həqiqət rejimi”.
- Bu rejim sadəcə ideoloji ya da üst-yapısal deyildir; kapitalizmin ortaya çıxması və inkişafının bir şərti idi. Üstəlik, müəyyən dəyişikliklər olaqla birlikdə, sosialist ölkələrdə (Bu yerdə, haqqında çox az məlumatım olan Çin nümunəsini kənara qoyuram) qüvvədə olan rejim də budur.
- İntelektual üçün təməl siyasi problem, elmlə əlaqəli olan ideoloji məzmunları tənqid etmək ya da öz elm praktikasına doğru bir ideologiyanın müşayiət etməsini təmin etmək deyil; yeni bir həqiqət siyasəti meydana gətirməyin mümkün olub olmadığını bilməkdir. Problem insanların şüurunu ya da zehinlərində olanı deyil; həqiqəti istehsal edən siyasi, iqtisadi və qurumsal/təşkilati rejimi dəyişdirməkdir.
- Bəhs olunan, həqiqəti hər cür iqtidar sistemindən xilas etmək deyil (həqiqətin özünü zatən iqtidar olduğuna görə, bir aldanmadan başqa şey deyil bu); həqiqətin gücünü hazırda içində təsirli olduğu ictimai, iqtisadi və kültürəl hegemoniya formalarından xilas etməkdir. {…}
Tərcümə: Daşdəmir Mahmandarov