139
- Sənət, sonsuzun, bədən ilə cinsəlliyin sonlu səfilliyinə ülvi nüzulu [sublime descent] deyildir. Əksinə, sənət maddi bir çıxarma əməliyyatının sonlu vasitələrilə, sonsuz bir subyektiv indeksin ürətilməsidir.
Bu gün ziddiyyət, yeni formlara duyulan arzunun sonsuzluğu ilə, bədənin, cinsəlliyin və sair sonluluğu arasındadır. Yeni sənət, bu ziddiyyətin terminlərini dəyişdirməlidir: Sonsuzluq tərəfinə yeni bir məzmun, yeni bir işıq, dünyaya yeni bir baxış qoymalı; sonluluq tərəfinə isə vasitələrin və aforizmalaşdırmanın konkretliyini qoymalıdır. Dolayısı ilə ilk müddəa ziddiyyətin bir növ tərsinə çevrilməsidir.
“Çıxarma” sözünün iki mənası var. Birincisi, formal yenilik obsessiyasından xilas olmaqdır. […] Yenilik obsessiyası kapitalizm əleyhinə bir tənqidi bir tövr deyildir, çünki kapitalizmin özü yenilik saplantısı və formların davamlı yenilənməsidir. […] İkinci məna, sonluluq saplantısından, zülm, bədən, acı, cinsəllik və ölüm saplantısından qurtulmaqdır; çünki bu, xoşbəxtlik ideolojisinin tərsinə çevrilməsindən başqa bir şey deyildir. Bu gün dünyamızı bir xoşbəxtlik ideolojisi bürüyüb. […] Sənət də bunu tərsə çevirmək üçün acıya, bədənə, cinsəlliyə fokuslanır. […] Ancaq sənətin məsələsi hər zaman ölüm olmamalıdır, yaşam da onun məsələsidir. Bu müddəa ilk tezisin mənalandırılmasıdır: Biçimsəl yenilik, zülm, ölüm, bədən və cinsəllik saplantısı olmayan bir sənətsəl yaratmanın izinə düşməliyik. - Sənət, etnik ya da şəxsi hansısa bir özəlliyin ifadəsi ola bilməz. Sənət, hər kəsə xitab edən qeyri-müşəxxəs bir həqiqətin ürətilməsidir.
Buradakı əhəmiyyətli sual, ümumbəşərilik: Sənətsəl yaradıcılıqda ümumbəşərlik varmı, yoxmu? Çünki dövrümüzün ən önəmli məsələsi qloballaşmadır, dünyanın birliyidir. Qloballaşma bizə mücərrəd bir ümumbəşərilik təqdim edir. Pulun, əlaqənin, iqtidarın ümumbəşəriliyi. Günümüzün ümumbəşərliyi budur. Bəs pulun və iqtidarın ümumbəşəriliyinə qarşı, sənətin məsələsi nədir, sənətsəl yaradıcılığın işləvi nədir? […] Mənim mövqeyim belədir: Bu gün sənətsəl yaradıcılıq yeni bir ümumbəşərilik təklif etməlidir, sadəcə məni ya da camaatı ifadə etməməli, insanlığıa yeni bir növ ümumbəşərilik təqdim etməlidir. Mən buna “həqiqət” deyirəm. - Sənət bir həqiqət üsuludur və bu həqiqət, hər zaman, hiss edilə bilər olan olaraq hiss edilə bilən olanın həqiqətidir; yəni hiss edilə bilən olanın, bir İdea`nın ortaya çıxışına dönüşməsidir.
Bu sənətin ümumbəşəriliyinin tərifidir. Sənətsəl həqiqət nədir? sənətsəl həqiqət, elmi və ya siyasi vs, həqiqətdən başqa bir şeydir. Tərifə görə sənətsəl həqiqət, daima, hiss edilə bilənlə bağlı bir həqiqətdir […] Sənət bu gün görünürsə, bunun səbəbi, qloballaşmanın bizi yeni bir növ ümumbəşərilik yaratmağa məcbur etməsidir, bu da hər zaman yeni bir həssaslıq və dünya ilə yeni bir duyğusal münasibətdir. Bu gün basqı, mücərrəd ümumbəşəriliyin basqısıdır […] Buna görə də bu gün sənətsəl yaradıcılıq, insan azadlığının bir hissəsidir […] Sənət, qloballaşma deyilən mücərrəd ümumbəşərilik qarşısında yeni bir şey yaratma yönündəki həqiqi imkandır. - Sənətdə çoğulluğun varlığı labüddür və sənətlər arasında nə qədər kəsişmə təxəyyül ediirksə edək, bu çoğulluğubir bütövdə cəmləşdirmək təxəyyül edilə bilməz.
Bu tezis, bütövləşdirmə xəyalına qarşı çıxır. Bu gün bəzi sənətçilər, bütün sənət formalarını birləşdirmə imkanı olduğunu düşünürlər – bu, mütləq bir çoxlu mühit xəyalıdır. Amma bu yeni bir fikir deyildir. Bildiyiniz kimi, rəsm, musiqi, şer vs, bütün sənətləri bir yerdə cəmləşdirən “topyekun sənət əsəri” fikri Richard Wagner`ə aiddir. […] Məncə çoxlu mühit səhv bir fikirdir, çünki mütləq cəmləşmə gücü ilə qloballaşma xəyalının bir növ sənətə yansıtılmasıdır. […] - Hər sənət qarışıq [impure] bir formadan törəyər; bu qarışıq formanın saflaşdırılması [purification], həm bir sənətsəl həqiqət tarixini, həm də o həqiqətin solmasının tarixini oluşdurur.
Buradakı sual budur: Yeni biçimlərin yaradılması tam olaraq nədir? […] Yeni biçimlərin tamamilə saf yaradılması əsla mümkün deyildir. Məncə ən yeni formaların saf yaradılması da, bütövləşdirmə/cəmləşdirmə kimi, bir xəyaldır. Hər zaman, tam olaraq forma olamayan bir şeyin forma dönüşməsindən söhbət gedir. […] Dolayısıyla, saf yaratmadakı saf qopuşdan daha çox, saflaşdırma sekansları vardır. Beşinci və səkkizinci tezislər bunu izah edir. - Bir sənətsəl həqiqətin subyektləri, onun kompozisiyasındakı əsərlərdir.
- Bu kompozisiya sonsuz bir konfiqurasiyadır, ancaq zamanımızın sənətsəl bağlamı içində türəvi bütövlük [totalite generique] yaratmaqdadır.
Sənətin öznəsi nədir? Bu həm çox önəmli, həm də çox qədim bir müzakirədir. […] Sənətin öznəsi sənətçi deyildir. […] “Sənətçi” sənət üçün labüddür, ancaq öznəl bir məcburiyyət deyildir. […] Sənətin öznəl var oluşu sənət əsərlərindən başqa bir şey deyildir […] Sənətçi sənətin öznəl faili deyildir. Sənətçi eyni zamanda, sonunda sənətdə itən şeydir. Və sənət etikası, bu yoxolmanı qəbul etməkdir. - Sənətin gerçəyi, içkin saflaşdırma sürəci olaraq fikri qarmaşıqlıdır. Başqa sözlə, sənətin xammaddəsi, bir biçimin şərti olaraq ortaya çıxışı ilə müəyyənləşdirilir. Sənət, formasız olaraq ortaya çıxan bir formun ikinci dərəcəli formalaşdırılmasıdır.
- Çağdaş sənətin yeganə düsturu imperial olmamaqdır, ki bu da eyni zamanda demokratik olmamaq mənasına da gəlir – demokratik sifətinin, imperial siyasi azadlıq fikrinə uymaya işarə etməsi şərtilə.
- İmperial olmayan bir sənət istər istəməz mücərrəd bir sənət olacaqdır: Hər cür özəllikdən təcrid olunması və bu təcrid etmə həmləsini formalaşdırması mənasında.
- İmperial olmayan sənətin təcrid edilməsi, müəyyən bir tamaşaçı kütləsini nəzərə almaq. İmperial olmayan sənət, proletar bir aristokratizmə bağlıdır: İnsanlar arasında fərq qoymadaq nə deyirsə onu edər.
İmperial sənət, bu gün görünən sənətin adıdır. […] Ortada bir imperatorluq olduğu zaman iki ilkəmiz vardır. Birincisi, hər şeyin mümkün olmasıdır, çünki böyük bir qüdrətimiz var, dünya birdir. O zaman hər şey mümkündür deyə bilərik. Yeni biçimlər yarada bilərik, hər şey haqqında danışa bilərik, nəyin mümkün, nəyin imkansız olması xüsusunda konkret qanunlar yoxdur, buna görə də hər şey mümkündür. Ancaq bir ilkəmiz də vardır: Heç bir şey mümkün deyildir. Çünki imperatorluq yeganə mümkün var oluş, yeganə siyasi mümkün olduğuna görə, başqa bir şey imkansızdır. […] Deməli, hər şeyin mümkün olduğu doğru deyildir, mümkün olmayan şeylər vardır, və siz bu mümkün olmayan şeyin olma ehtimalını yaratmaq məcburiyyətindəsiniz. Sənətsəl yaradıcılığın ən önəmli məsələsi budur. […] Tədavül, əlaqə, bazar vs, fəaliyyətlərində hər zaman imkanlar həyata keçirilir, imkanların sonsuzca gerçəkləşdirilməsindən söhbət gedir. Lakin bu imkanlar yaradılmır. Dolayısıyla bu eyni zamanda siyasi bir məsələdir, çünki siyasət yeni bir imkanın yaradılması deməkdir. Yeni bir yaşam imkanı, yeni bir dünya imkanı. […] Qloballaşma, yeni bir imkan yaratmanın imkansız olduğu inancını bərkidir. Kommunizmin sonu, inqilabi siyasətin sonu, bütün bunlarla bağlı əsas yorum budur: Yeni bir imkan yaratmaq imkansızdır. Burada bir imkanı həyata keçirməkdən danışmırıq, yeni bir imkan yaratmaqdan bəhs edirik. - İmperial olmayan sənət, riyazi bir giriş kimi sağlam, bir gecə basqını qədər heyrətamiz, bir ulduz qədər ucaldılmış olmalıdır.
Bu, poetik bir tezisdir. Sənətsəl yaradıcılığın üç müəyyənedicisi […] Niyə giriş? Çünki sənətsəl yaradıcılıq məsələsi nəticə etibarilə eyni zamanda bir növ əzəliyyət ehtiva edən, saf əlaqə və tədavüldə olmayan, formaların davamlı dəyişimi içində olamayn bir şeylə əlaqəlidir. Dirənən bir şeydir, bir növ istiqrara, sağlamlığa sahibdir. Məntiqi tutarlılığı və bütövlüyü olan, məntiqi bir tənlik kimi. […] İkinci tərif, heyrətamizdir: Yeni bir imkanın yaradılması, yeni bir imkan da hər zaman heyrətamiz bir şeydir. […] Bir ulduz qədər ucalmışdır, çünki yeni bir imkan yeni bir ulduz kimidir. Yeni bir planet, yeni bir dünyadır. Dünya ilə qurulan yeni bir hissi münasibət kimi. - Bu gün sənət, sadəcə İmperatorluğun nəzdində var olmayan bir şeyi hərəkət nöqtəsi götürərək ürətilə bilər. Sənət, bu var olmamağı mücərrədləşdirərək göstərə bilər. Bütün sənətlərin forma prinsipini formalaşdıran da budur: İmperatorluq üçün – dolayısıyla, başqa bir baxış açısından heç kimsə üçün – var olmayan bir şeyi hər kəs üçün görünür qılma qabiliyyəti.
- İmperatorluq, ticari tədavül qanunları və demokratik əlaqə yasaları vasitəsilə görünən və eşidilən hər şeyə nəzarət etdiyinə o qədər əmindir ki, artıq senzuraya ehtiyac duymaz. Bu sonsuz icazədən faydalanmağa razı olsaq, sənət və düşüncə adına nə varsa hamısından imtina etmişik deməkdir. Öz-özümüzün insafsız senzuraçıları olmalıyıq.
- İmperatorluğun nəzdində varlığı zatən təsdiqlənən şeyi aşkara çıxaran formalar yaratmaqdansa, heç bir şey etməmək daha yaxşıdır.
Bu gün üz-üzə qaldığımız ən önəmli problem sənət ilə insanlıq arasındakı əlaqədir. Daha doğrusu, sənətsəl yaradıcılıq ilə azadlıq arasındakı əlaqə. […] Bu gün azadlığın imperial bir tərifi vardlr, bu da bildiyimiz demokratik tərifdir. […] Mənim düşüncəmə görə sənətsəl yaradıcılıq, azadlığın demokratik tərifinin fövqündə yeni bir azadlıq tərifi yaratmaqdır. […] Bu gün məsələ məncə sənətdə azadlıq ilə diktatorluğu, azadlıq ilə təzyiqi müzakirə etmək deyil, məhz azadlığın bu iki tərifini müzakirə etməkdir.
Tərcümə: Daşdəmir Mahmandarov