Demokrasi məfhumu haqqında giriş qeydi | Giorgio Agamben

by Daşdəmir Mahmandarov
131 baxış
A+A-
Reset

“Demokrasi” termini haqqında inşa edilən hər söyləm, günümüzdə termini istifadə edənləri yanlış anlamağa məhkum edən bir qeyri-müəyyənlikdən ötrü dərhal təhrif olur. Demokrasi deyildikdə nədən bəhs olunur? Bu termin tam olaraq hansı rasionallıqdan nəşət edir? Təsadüfi bir müşahidə, bu gün demokrasi haqqında müzakirə edənlərin bu terminlə gah siyasi bir aparatın quruluş biçimlərindən birini gah da müəyyən bir idarə texnikasını nəzərdə tutduğunu göstərir. Elə isə kəlmə həm kamu hüququnu həm də idarə praktikasının qavramsallığına işarə edir: Həm iqtidarın legitimləşdirmə formasını həm də iqtidarın işləyiş biçimini adlandırır. Günümüzün siyasi söyləmində bu termin ümumilikdə bir idarə texnikası ilə – bu halı ilə belə insana rahatlıq vermir – əlaqəli olduğunu hər kəs bildiyinə göər, kəlməni bütün xoş niyyətləri ilə hələ də ilk mənasında istifadə etməyə davam edənlərin naratlığı asanlıqla başa düşüləndir.

Devamını oku: Demokrasi məfhumu haqqında giriş qeydi | Giorgio Agamben

Bu iki qavramsallığın – bir tərəfdə hüquqi-siyasi, digər tərəfdə iqtisadi-idari – iç-içə keçişinin dərinliyi və düyünün açılamasının asan olmadığı aşağıdakı nümunədə görünəcəkdir. Yunan siyasi düşüncəsinin klassiklərində politeia kəlməsinə rast gəlindiyində (ümumilikdə politeia`nın müxtəlif formaları ilə əlaqəli bir müzakirə dolayısı ilə olar: monarşi, oliqarxi, demokrasi ilə yanaşı bunların parekbaseis`ləri, yəni sapmaları), mütərcimlərin bu kəlməni gah “anayasa” ilə gah “idarəetmə/hökumət) ilə çevirdiklərini görürük. Məsələn Aristoteles`in Perikles`in “demagoji”sini tərif etdiyi Atina Anayasa`sının (Fəsil, XXVII) aşağıdakı abzasındakı kimi: “demotikoteran synnebe genesthai ten politean” ifadəsi İngilis mütərcim tərəfindən belə tərcümə edilmişdir: “the constitution became still more democratic” / “anayasa daha da demokratiləşdi”; dərhal sonra Aristoteles belə deyir: xalq “apasan ten politean mallon agein eis hautous”. Eyni tərcüməçi bunu belə çevirmişdir: “brought all the government more into their hands” / “xalq idarəni daha çox əldə etdi” – şübhəsiz tutarlılıq üçün brought all the constitution / “anayasanı əlinə aldı” desəydi, tərcümə problemli olacaqdı.

Bəs gah anayasa dah idarəetmə/hökumət olaraq tərcümə edilən bu təməl siyasi qavramın “ikimənalılığı”, qeyri-müəyyənliyinin mənşəyi nədir? bu yazıda, zikr olunan qeyri-müəyyənliyin xüsusilə nəzərə çarpan bir şəkildə özünü göstərdiyi iki pasajı nümunə vermək kifayət edəcəkdir. bunlardan birincisi, Aristoteles`in Politika`sında (1279a 25 və sonrası) müxtəlif anayasa (politeiai) biçimlərini sayıb araşdırma niyətini izah edərkən görünür: “Politeia politeuma eyni mənada olduğu və politeuma sitələrin yüksək iqtidarı (kyrion) olduğu üçün yüksək iqtidarın bir nəfərə, bir neçə, və ya bir çox nəfərə sair olması gərəklidir…” Tədvüldəki tərcümələr bu cümləni belə tərcümə ediblər: “Anayasa və idarəetmə eyni mənaya gəldiyi və idarəetmə dövlətin yüksək iqtidarı olduğu üçün […]” Hər nə qədər sadiq bir tərcümənin politeia (siyasi fəaliyyət) və politeuma (bu fəaliyyətdən doğan konkret siyasi şey) terminlərinin yaxınlığını mühafizə etməsi lazım idisə də, Aristoteles`in bəhs olunan ikimənalılığı kyrion dediyi məcazla yox etmə təşəbbüsünün bu abzasdakı əsas problem olduğu aydındır. Xüsusiyyətini bir qədər zorlamaq bahasına modern bir terminolojini istifadə ediləcəksə, qurucu güc (politeia) ilə qurulan güc (politeuma) bu məqamda politikanın iki üzünü bir yerdə tutan şey kimi görünən hökmran güc vasitəsilə bir-birinə bağlanar. Lakin politik olan şey niyə iki yerə bölünüb və kyrion bu yırtığı nə ilə tikib birləşdirir?

İkinci pasaj, İctimai Müqavilə`dədir. 1977-78-ci illərdəki “Təhlükəsizlik, Torpaq və Əhali” dərsində Foucault, Rousseau`nun hüququ-anayasal bir terminolojini (“müqavilə”, “ümumi iradə”, “hökmranlıq”) bir “irarəetmə texnikası” ilə bariz bir şəkildə uzlaşdırmağa çalışdığını göstərmişdi. Ancaq bizi maraqlandıran baxış açısından, hökmranlıq ilə idarəetmə/hökumət arasındakı ayrım və artikülasiya, ki Rousseau`nun siyasi düşüncəsinin əsasıdır, müəyyənedicidir. “Oxucularımdan” deyə yazır Rousseau “Siyasi İqtisad” məqaləsində, “danışmaq məcburiyyətində olduğum və hökumət adlandırdığım kamusal iqtisad ilə hökmranlıq dediyim uca otoritəni fərqləndirmələrini xahiş edirəm; ayrım, birinin qanun vermə haqqının olması, […] digərinin isə sadəcə icra gücünün olmasından qaynaqlanır.” İctimai Müqavilə`də, bir tərəfdən ümumi iradə ilə qanunverici gücün, digər tərəfdən icraedici gücün artikülasiyası olaraq bir dəfə də iddia edilir. Rousseau üçün bu iki ünsürü hərm ayırd etmək, həm də bir-birinə bağlamaq gərəklidir (tam ayrımı ifadə edərkən bunun hökmranlığın bölünməsi mənasına gəlmdəyini bu qədər vurğu ilə inkar etməsinin səbəbi məhz budur). Eynilə Aristoteles`dəki kyrion kimi hökmranlıq, anayasa ilə hökuməti həm ayırd edən, həm də açılmaz bir düyünlə bir-birinə bağlayan terminlərdən biridir.

Bu gün hökumət və ekonominin getgedə hər cür mənadan məhrum edilən xalq hökmranlığını üzərindəki əzici hakimiyyətinə şahid oluruqsa, bunun səbəbi Qərb demokrasilərinin borcları ilə birlikdə qəbul etdiyi bir fəlsəfi mirasın bədəlini ödəyir olmasıdır bəlkə də. Hökuməti bəsit bir icra gücü hesab edən yanlış anlama, Qərb siyasətinin tarixində nəticələri ən ağır olan xətalardan biridir. Bu xətanın nəticəsində, modernliyin siyasi düşüncəsi qanun, ümumi iradə, xalqın hökmranlığı kimi içi boş konkretləşdirmələrə sapmış, hardan baxırıqsa baxaq təyinedici olan məsələni, yəni hökumət və hökumətin hökmran xalqla necə arkitülasiya olduğu sualını cavabsız qoymuşdur. Yaxın zamanlarda nəş edilmiş bir kitabda, politikanın əsas müəmmasının hökmranlıq deyil hökumət, tanrıd eyil mələk, kral deyil nazir, qanun deyil polis olduğunu, yəni bunların formalaşdırdığı və işləyişini təmin etdiyi əkiz idarəetmə aparatı olduğunu göstərməyə çalışdım.

Qərbli siyasi sistem, bir-birini məşrulaşdıran və bir-birinə tutarlılıq qazandıran iki heterogen ünsürün bir-birinə bağlanmasından ortaya çıxır: Siyasi-hüquqi bir rasionallıq ilə iqtisadi-yönətimsəl bir rasionallığın, bir “anayasa forması” ilə bir “hökumət forması”nın bir-birinə düyünlənməsindən. Politeia niyə bu qeyri-müəyyənliyə məhkum olmuşdur? Hökmran olana (kyrion`a) bunları məşru şəkildə birləşdirmə gücünü verən şey nədir? Aparatın içinin boş olduğunu, iki ünsür ilə iki rasionallıq arasında mümkün heç bir artikülasiya olmadığını gizlətməyə istiqamətlənmiş bir qurmaca deyildirmi? Hər növdən politikanın həm mənməyi, həm də içindəkini sızdırdığı çata müvafiq olan idarə olunamaz olanı da məhz bu artikülasiya edilməmişlikdən ortaya çıxarmaq lazım deyildirmi?

Düşüncə bu düyünlə və düyünün ikimənalılığı ilə başa çıxmağa qərar verə bilmədiyi müddətcə, demokrasi ilə – istər idarəetmənin quruluş forması, istərsə idarəetmə texnikası olaraq – əlaqəli hər müzakirənin boş danışıqdan ibarət olması mümkündür.

Tərcümə: Daşdəmir Mahmandarov

Bənzər yazılar

Bir şərh yaz

Focus Mode